Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Xanlar Vəliyevin qardaşı vəzifədən azad edildi
sosial

Xanlar Vəliyevin qardaşı vəzifədən azad edildi

08-05-2026 14:00 18 Baxış
IMG

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus "19 №-li Yol İstismarı” MMC-nin direktoru Şahlar Vəliyev vəzifəsindən azad olunub.

 

Tvit.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb.

 

Məlumata görə, "19 №-li Yol İstismarı” MMC-yə rəhbərlik İntiqam Həsənova həvalə olunub.

 

Ş.Vəliyev açıqlamasında təqaüd yaşına çatdığına görə vəzifəsindən azad edildiyini bildirib.

 

Xatırladaq ki, Şahlar Rüstəm oğlu Vəliyev 1958-ci ildə Yevlax şəhərində anadan olub. O, 2018-ci ilin mart ayından "19 №-li Yol İstismarı” MMC-yə rəhbərlik edirdi, daha əvvəl 2011-2018-ci illərdə isə Yevlax Telekommunikasiya İdarəsinin rəisi vəzifəsində çalışıb.

 

Qeyd edək ki, Ş.Vəliyev Azərbaycanın sabiq hərbi prokuroru, ədliyyə general-leytenantı, Konstitusiya Məhkəməsinin hakimi Xanlar Vəliyevin qardaşıdır.