Quba rayonunda iaşə obyektlərinin birində ölüm hadisəsi baş verib.
Tvit.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, mayın 7-si saat 8 radələrində Güləzi kəndinin ərazisində yerləşən "Xınalıq" restoranında ofisiant işləyən kənd sakini 1963-cü il təvəllüdlü Zahid İmambala oğlu Seyidbalayev qəfil vəfat edib.
Onun infarktdan öldüyü bildirilib.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.