Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Sahibə Qafarova memorandum imzaladı - FOTO
sosial

Sahibə Qafarova memorandum imzaladı - FOTO

07-05-2026 20:00 18 Baxış
IMG

Milli Məclisin sədri Sahibə Qafarovanın Monteneqroya işgüzar səfəri çərçivəsində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Aralıq Dənizi Parlament Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb.

 

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Tvit.az"a bildirilib ki, Memorandumu Milli Məclisin və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova və Aralıq Dənizi Parlament Assambleyasının prezidenti Culio Çentemero imzalayıblar.

 

Qeyd olunub ki, bu sənəd tərəflər arasında daha geniş əməkdaşlıq əlaqələrinin qurulmasına xidmət edəcək.