UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Bavariya" (Almaniya) – PSJ (Fransa) matçına Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq.
Tvit.az xəbər verir ki, görüş Azərbaycanda "CBC Sport", Türkiyədə isə TRT-1 telekanalında nümayiş olunacaq.
Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.