Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Sumqayıtda ev yandı: Ana və qızı...
hadisə

Sumqayıtda ev yandı: Ana və qızı...

05-05-2026 16:00 23 Baxış
IMG

Sumqayıtda ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib.

 

Tvit.az Report-a istinadla xəbər verir ki, hadisə Xəzər bağları yaşayış massivində qeydə alınıb.

 

İlkin məlumata görə, evdə baş verən yanğın qısa müddətdə genişlənib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və xüsusi texnikaları cəlb olunub. Alov qısa müddətdə söndürülüb və yanğının ətraf tikililərə keçməsinin qarşısı alınıb.

 

Hadisə zamanı evdə olan ana və qızı tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.