Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Luis Enrike PSJ-də çalışdığı dövrdə qarşılaşdığı ən çətin rəqibin adını çəkdi
idman

Luis Enrike PSJ-də çalışdığı dövrdə qarşılaşdığı ən çətin rəqibin adını çəkdi

01-05-2026 22:00 21 Baxış
IMG

"Bavariya" mənim PSJ-dəki fəaliyyətim dövründə qarşılaşdığım ən çətin rəqibdir".

 

Tvit.az "RMC Sport" nəşrinə istinadən xəbər verir ki, bu sözləri PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasında "Bavariya"ya qarşı keçirdikləri oyun (5:4) barədə fikirlərini bölüşərkən deyib.

 

"Bavariya" həm hücumda, həm də müdafiədə güclü tərəflərindən istifadə edərək özünü ən yaxşı kimi göstərdi. Bu, PSJ-də çalışdığım vaxtdan bəri rastlaşdığım ən çətin rəqibdir. "Bavariya" üzərindəki qələbəyə görə çox şadam. Bu inanılmazdır. Əgər uduzsaydıq, bu, ədalətsizlik olmazdı. Belə səviyyəli futbolda hər şeyi detallar həll edir.

 

Bu, unikal bir futbol matçı idi. Adətən oyunun təkrarına baxmağa üç saat vaxt sərf edirəmsə, bu dəfə beş saat vaxt getdi. Müdafiədə heç bir boşluq yox idi - məhz bu, oyunu möhtəşəm etdi. Harri Keyn və Usman Dembelenin necə müdafiə olunduqlarına baxın. İnanılmazdır! Hər iki komandanı təbrik etməli və bu matçdan həzz almalıyıq", - deyə Luis Enrike bildirib.