Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Ölkədə gömrük rüsumları ilə bağlı - Yeni qərar
sosial

Ölkədə gömrük rüsumları ilə bağlı - Yeni qərar

01-05-2026 20:00 25 Baxış
IMG

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənmiş "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib.

 

Tvit.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

 

Qərara əsasən, netto çəkisi 20 kiloqramdan az olmayan ilkin qablaşdırılmalar 2030-cü ilin sonuna qədər idxal gömrük rüsumundan azad edilib. Digər qablaşdırmalarda isə 15 %-lə gömrük rüsumuna cəlb ediləcək.

 

Qərar bu gündən qüvvəyə minib.