Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunda ilk mükafatçılar bəlli olub
idman

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunda ilk mükafatçılar bəlli olub

30-04-2026 23:00 17 Baxış
IMG

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk günü başa çatıb.

 

Tvit.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən turnirdə gənclər kateqoriyasında dörd proqramda ilk mükafatçılar bəlli olub.

 

Halqalarda Kseniya Savinova (AİN) qızıl, Patrisiya Stançiu (Rumıniya) gümüş, Sofiya Kulikova (Ukrayna) bürünc medal qazanıb.

 

Topla hərəkətlərin icrasında Kseniya Savinova (AİN) birinci, Aleksandra Petrova (Bolqarıstan) ikinci, Sabina Kagirova (Özbəkistan) üçüncü yeri tutub.

 

Gürz proqramında Nita Jamagidze (Gürcüstan) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İana Zaikina (AİN) gümüş, Sofia Krainska (Ukrayna) bürünc mükafata sahib çıxıb. Lentlərdə isə İana Zaikina (AİN) birinci, Dea Emilova (Bolqarıstan) ikinci, Alis Rozenberq (İsrail) üçüncü olub.