Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var
hadisə

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

28-04-2026 20:00 45 Baxış
IMG

Abşeron rayonu ərazisində yerləşən evlərin birindən 40 min manat dəyərində inşaat materialları, kombi aparatı və avtomobil ehtiyat hissələri oğurlanıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.


Bildirilib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 38 yaşlı R.Mahmudov müəyyən edilərək saxlanılıb. Onun taladığı əşyaların bir qismini satdığı məlum olub.


Araşdırma aparılır.