Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Qaxda canavarlar 5 baş qoyunu parçalayıb
hadisə

Qaxda canavarlar 5 baş qoyunu parçalayıb

28-04-2026 18:00 26 Baxış
IMG

Qaxda canavarlar qoyun sürüsünə hücum edərək 5 baş qoyunu parçalayıb.

 

Tvit.az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında, rayonun Meşəbaş kəndi ərazisində qeydə alınıb.

 

Qax şəhər sakini Elşən Omarov otlaq ərazisində qardaşına məxsus qoyunları otararkən 3 baş canavar sürüyə hücum edib. Canavarlar 3 baş qoyunu aparıb, 2 qoyunu isə parçalayaraq tələf ediblər.

 

Zərərçəkmişlərin sözlərinə görə, bu hal birinci dəfə baş vermir. Əvvəlki illərdə də canavarlar onlara ziyan vurub.