Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Geomaqnit qasırğası gözlənilir
sosial

Geomaqnit qasırğası gözlənilir

27-04-2026 14:00 17 Baxış
IMG

Günəş fəallığı artıb, 4419 ləkə regionunda X2.52 sinifli güclü alışma qeydə alınıb. Bu proseslər nəticəsində radiorabitədə R2–R3 səviyyəli fasilələr, Yerə yönəlmiş Tac Kütlə Atılmaları (TKA), II–IV tip radioemissiya və 10 sm diapazonda radioalışmalar müşahidə olunub.

"Tvit.az" xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, Günəş səthində 7 ləkə qrupunda ümumilikdə 137 ləkə və Tac dəlikləri qeydə alınıb.

2 MeV-dən yüksək enerjili elektron seli orta və yüksək, 10 MeV-dən yüksək proton seli isə fon səviyyəsində olub. Günəş küləyinin sürəti maksimum 603 km/san-ə çatıb. Hazırda bu göstərici 423 km/san, sıxlıq 2.26 p/sm³ təşkil edir.

Tac Dəliyi Axınlarının təsiri ilə 20–21 apreldə zəif (G1) geomaqnit qasırğası baş verib.

Proqnozlara görə, 26 aprel – 3 may tarixlərində C sinif alışma ehtimalı 99 faiz, M sinif 55 faiz, X sinif isə 15 faiz təşkil edir. Elektron selinin yüksək qalacağı, proton selinin S1 səviyyəsinə yüksələ biləcəyi gözlənilir. Günəş küləyinin sürəti yüksək olaraq qalacaq.

Avroraların müşahidə ehtimalı yüksək enliklərdə 15–35 faiz, orta enliklərdə isə 1–30 faiz arasındadır. Geomaqnit sahəsinin əsasən sakit–aktiv səviyyədə olacağı proqnozlaşdırılır.