“Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsinə yeni təyinat olub.
"Tvit.az" xəbər verir ki, bu vəzifəyə Manaf Babayev gətirilib.
M.Babayev bundan əvvəl Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) Baş Maliyyə Direktorunun müavini olub.
***
Azərpoçt MMC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsini icra edən İsi Mustafayev işdən çıxıb.
Tvit.az Report-a istinadla xəbər verir ki, o, PAŞA Kapital İnvestisiya Şirkəti QSC-nin İH sədrinin müşaviri vəzifəsinə təyinat alıb.
Xatırladaq ki, İ. Mustafayev 2000-ci ildən müxtəlif şirkət və banklarda iqtisadçı və departament direktoru kimi rəhbər vəzifələrdə çalışıb, 2021–2022-ci illərdə "Azərpoçt"un baş direktorunun müavini vəzifəsini icra edib, həm də şirkətin İH-nin üzvü olub.