Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Müştəri kimi aptekə daxil olub oğurluq edən şəxs saxlanıldı
sosial

Müştəri kimi aptekə daxil olub oğurluq edən şəxs saxlanıldı

16-04-2026 20:00 28 Baxış
IMG

Paytaxtın Binəqədi rayonunda yerləşən obyektlərin birindən oğurluq edilib.

 

Tvit.az xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən 53 yaşlı C.Kərimov müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma zamanı onun müştəri qismində daxil olduğu aptekdən satıcının başının qarışıq olmasından istifadə edərək mobil telefonu oğurladığı məlum olub.

 

Araşdırma davam etdirilir.