Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Ermənistandan Azərbaycana 960 dollarlıq nə idxal olunub? - RƏSMİ AÇIQLAMA
sosial

Ermənistandan Azərbaycana 960 dollarlıq nə idxal olunub? - RƏSMİ AÇIQLAMA

16-04-2026 16:00 27 Baxış
IMG

Dövlət Gömrük Komitəsi Azərbaycanın ötən ay Ermənistandan 960 ABŞ dolları dəyərində mal idxal etməsini şərh edib.

Komitədən "Tvit.az"a bildirilib ki, həmin mal əslində Niderlanddan gətirilmiş qızılgül olub.

"Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası"nın 3.3-cü bəndinə əsasən idxalda malın mənşə ölkəsi tərəfdaş ölkə hesab edildiyindən sözügedən qızıl güllər xarici ticarətin gömrük statistikasında Ermənistandan idxal edilən mallar kimi öz əksini tapıb.

*** 10:03

Bu ilin mart ayında Azərbaycan Ermənistandan ilk dəfə 960 ABŞ dolları dəyərində mal idxal edib.

"Tvit.az" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bundan başqa, bu ilin I rübündə Azərbaycan Ermənistana 5 milyon 757 min ABŞ dolları dəyərində məhsul ixrac edib.