Hindistanın Xarici İşlər Nazirliyi ticarət gəmiçiliyinə hücumların tamamilə qəbuledilməz olduğunu bildirib.
Tvit.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin rəsmisi Randhir Caysval danışıb.
Məlumata əsasən, nazir Hindistanın dəniz gəmilərinin təhlükəsiz və maneəsiz tranzit keçidinin təmin edilməsinə sadiq olduğunu qeyd edib.
"Qlobal iqtisadi artım enerji bazarlarının fəaliyyətinin məhdudiyyətlərə məruz qalmamasını tələb edir. Enerji resurslarının iri istehlakçısı olan Hindistan, tədarük zəncirlərinin dayanıqlılığını artırmaq məqsədilə həmfikir tərəfdaşlarla əməkdaşlıq edəcək", - deyə Caysval nazirin sözlərindən sitat gətirib.
Aysel Şirinova