Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İrandakı gərginlik fonunda ən çox zərər görə biləcək Avropa ölkəsinin adı açıqlandı
dünya

İrandakı gərginlik fonunda ən çox zərər görə biləcək Avropa ölkəsinin adı açıqlandı

15-04-2026 17:00 16 Baxış
IMG

ABŞ və İran arasında münaqişənin başlamasından sonra Avropada ən çox çətinlik çəkən İtaliya olacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə SKY TG24 telekanalı məlumat yayıb.

 

Məlumata əsasən, İtaliyada Hörmüz boğazında gəmiçiliklə bağlı problemlər səbəbindən qiymətlər əlavə olaraq 1,1% artacaq ki, bu da bütün avrozonada (0,6%), xüsusən də Almaniyada (0,5%), Böyük Britaniyada (0,5%) və Fransada (0,4%) qiymətlərdən çoxdur.

 

Bildirilib ki, italyanların 79%-i ABŞ administrasiyasının İrandakı hərəkətlərinə mənfi yanaşır. Kanalın istinad etdiyi YouTrend ictimai rəy sorğusuna görə, müxalifət partiyalarının tərəfdarları arasında mənfi rəy 98%-ə çatır. Bundan əlavə, respondentlərin təxminən yarısı (47%) hesab edir ki, İtaliya hökuməti ABŞ və İsrailin İrana hücumlarını pisləməli idi. Sorğu 11-13 aprel tarixlərində 815 italyan yetkin arasında aparılıb.

 

Aysel Şirinova