Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında yeni təyinat olub.
"Tvit.az" xəbər verir ki, kənd təsərrüfatı nazirinin sabiq müavini Sarvan Cəfərov AHİK sədrinin müşaviri təyin olunub.
Qeyd edək ki, Sarvan Cəfərov 2020-ci ildən 2026-cı ilədək kənd təsərrüfatı nazirinin müavini postunu tutub. O, bu ilin yanvarında tutduğu vəzifədən azad edilib.
Xatırladaq ki, bu barədə ilk olaraq mia.az saytı məlumat yayıb.