Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman "Sabah" Premyer Liqa tarixində yeni nailiyyətə imza atıb
idman

"Sabah" Premyer Liqa tarixində yeni nailiyyətə imza atıb

13-04-2026 14:00 32 Baxış
IMG

"Sabah" Misli Premyer Liqasında 350-ci qolunu vurub.

 

Tvit.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, "Zirə" ilə evdəki qarşılaşmaya təsadüf edib.

 

XXVII turun görüşündə (2:2) son qolun müəllifi olan İqor Noqeyra klub tarixinin yubiley topunun müəllifi kimi yadda qalıb.

 

"Sabah" 350-ci qola 239-cu matçında sevinib. Bakı klubunun orta məhsuldarlığı 1.46-ya bərabərdir. Bu qollardan 183-ü evdə, 167-si səfərdə qeydə alınıb.

 

Paytaxt təmsilçisi turnirin tarixində 350 və ya daha çox qol vuran 13-cü komanda olub. "Sabah"ın ilk qolu 2018-ci il avqustun 12-nə təsadüf edib. "Keşlə" (indiki "Şamaxı") ilə səfər görüşündə (1:0) Marko Deviç həlledici qola imza atıb.