Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Hesablama Palatası ötən il 3 yoxlamanın nəticələrini Baş Prokurorluğa göndərib
sosial

Hesablama Palatası ötən il 3 yoxlamanın nəticələrini Baş Prokurorluğa göndərib

13-04-2026 11:00 27 Baxış
IMG

Hesablama Palatası ötən il 3 dövlət qurumunda apardığı yoxlamanın nəticələrini Baş Prokurorluğa göndərib.

 

Tvit.az xəbər verir ki, bu barədə "Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat"da bildirilir.

 

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.

 

Hesabata əsasən, 2025-ci ildəki audit nəticələri əsasında hüquqi tədbirlər də görülüb. Ümumi məbləği 0,8 milyon manat olan vəsait üzrə araşdırma aparılıb. Eyni zamanda, 2 audit üzrə araşdırmalar davam etdirilir.