Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ digər Geely-dən iddialı plan: Liderliyi BYD-dən almağı hədəfləyir
digər

Geely-dən iddialı plan: Liderliyi BYD-dən almağı hədəfləyir

19-03-2026 22:00 17 Baxış
IMG

Geely şirkəti 18 mart 2026-cı il tarixində keçirilən illik maliyyə hesabatının təqdimatı zamanı qarşıdakı dövr üçün ambisiyalı planlarını açıqlayıb. 

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, şirkət rəhbərliyi həm daxili bazarda sürətli artım, həm də beynəlxalq miqyasda genişlənmə yolu ilə hazırkı bazar lideri BYD-yə ciddi rəqabət yaratmağı planlaşdırır.

 

Maliyyə brifinqi zamanı çıxış edən yüksək vəzifəli nümayəndə bildirib ki, Geely-nin əsas hədəfi 2026-cı ildə Çində satışlara görə birinci yerə yüksəlməkdir. Bu məqsədə çatmaq üçün şirkət BYD-nin 2025-ci ildə qeydə alınan təxminən 3,55 milyon avtomobil satış göstəricisini geridə qoymalıdır.

 

Qeyd edək ki, Geely-nin bu strategiyası şirkətin həm istehsal gücünü artırmaq, həm də qlobal bazarlarda mövqeyini gücləndirmək niyyətindən xəbər verir.

 

Aysel Şirinova