Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Harri Keyn Çempionlar Liqasında 50 qol vuran ilk ingiltərəli futbolçu olub
idman

Harri Keyn Çempionlar Liqasında 50 qol vuran ilk ingiltərəli futbolçu olub

19-03-2026 12:00 25 Baxış
IMG

Almaniyanın "Bavariya" klubunun hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında tarixi nailiyyətə imza atıb.

 

Tvit.az xəbər verir ki, 32 yaşlı forvard buna turnirin 1/8 final mərhələsinin "Atalanta"ya qarşı keçirilən cavab oyununda (4:1, ümumi hesab – 10:2) dubl etməklə nail olub.

 

Matçın ilk hissəsində penaltini dəqiq yerinə yetirən Keyn fasilədən sonra özünün ikinci, turnirdə isə ümumilikdə 50-ci qolunu vurub. Bununla da o, qitənin bir nömrəli klub turnirində 50 qol həddinə çatan ilk ingiltərəli futbolçu kimi tarixə düşüb.

 

Təcrübəli hücumçu 2023-cü ildə "Tottenhem"dən Münhen təmsilçisinə keçdikdən sonra "Bavariya" forması ilə Çempionlar Liqasında çıxdığı 34 oyunda 28 dəfə fərqlənib. Baldır əzələsindəki zədədən yeni qayıdan Keyn Çempionlar Liqasının 1/8 final mərhələsinin son 4 oyununun hər birində qol vurmağı (cəmi 7 qol) bacarıb.

 

Qeyd edək ki, Harri Keyn 2025/2026 mövsümündə "Bavariya"nın heyətində keçirdiyi 39 rəsmi matçda 47 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu həmçinin UEFA-nın bayrağı altında keçirilən turnirlərdə ümumilikdə 50 qol həddini keçən ilk ingiltərəli futbolçudur.