Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Hikmət Hacıyev Parisdə Makronun müşaviri ilə görüşdü
siyasət

Hikmət Hacıyev Parisdə Makronun müşaviri ilə görüşdü

18-03-2026 20:00 22 Baxış
IMG

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransa Prezidenti Emmanuel Makronun diplomatik müşaviri Emmanuel Bonne və digər fransalı həmkarlarla ikitərəfli münasibətləri müzakirə edib.

 

Tvit.az xəbər verir ki, Hikmət Hacıyev bu barədə özünün "X" sosial media hesabında paylaşım edib.

 

PA rəsmisi qeyd edib ki, Prezident İlham Əliyev və Prezident Emmanuel Makron arasında telefon danışığından sonra Parisdə Prezidentin diplomatik müşaviri Emmanuel Bonne və digər fransalı həmkarlarla məhsuldar görüş keçirib:

 

"Biz ikitərəfli münasibətlər, eləcə də qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər barədə fikir mübadiləsi apardıq".

 

Following the phone call between President Ilham Aliyev and President Emmanuel Macron, I had a productive meeting in Paris with Presidential Diplomatic Advisor Emmanuel Bonne and other French colleagues.


We exchanged views on bilateral relations, regional and global issues of…

issues of… pic.twitter.com/rkDnbqFToj

— Hikmet Hajiyev (@HikmetHajiyev) March 18, 2026