Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bu verilişlər bağlandı: “yeni layihə” olacaq? - Siyahı
sosial

Bu verilişlər bağlandı: “yeni layihə” olacaq? - Siyahı

18-03-2026 13:00 18 Baxış
IMG

Azərbaycanda uzun müddətdir müzakirə edilən və yayımının zərərli olduğu haqda fikirlər səsləndirilən verilişlər bir-birinin ardınca bağlanır.

 

Tvit.az xəbər verir ki, ilk olaraq Tarix Əliyev və Elgiz Əkbərin “Tarixin bu günü” və “Elgizlə izlə” verilişləri dayandırıldı.

 

Ötən gün isə ARB və ATV telekanallarında yayımlanan Xoşqədəm Hidayətqızının “Səni axtarıram”, Zaur Kamalın “Həmin Zaur”, Zaur Baxşəliyevin “Bizimləsən”, Zaur Nəbioğlunun “Rəngarəng” verilişlərinin bağlandığı haqda xəbərlər yayılıb. Bəs, sözügedən müəlliflərin yeni layihələri olacaqmı?

 

ARB və ATV-dən sorğumuza cavab olaraq verilişlərin daxili qərarla bağlanıldığı təsdiqlənib, həmçinin yeni layihələr haqda hər hansı açıqlama verilməyib.

 

“Yeni bir qərar və ya layihə olacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək”, - məlumatda vurğulanıb.