Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman UEFA Çempionlar Liqası: 1/4 finala yüksələcək daha dörd komanda müəyyənləşir
idman

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələcək daha dörd komanda müəyyənləşir

18-03-2026 09:00 18 Baxış
IMG

UEFA Çempionlar Liqasında 1/4 finala vəsiqə qazanacaq daha 4 komanda bu gün müəyyənləşəcək.

Tvit.az-ın məlumatına görə, 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində daha 4 qarşılaşma baş tutacaq.

"Barselona" evdə "Nyukasl"la üz-üzə gələcəksə, "Qalatasaray" səfərdə "Liverpul"un qonağı olacaq.

"Bavariya" doğma meydanda "Atalanta", "Totenhem" isə "Atletiko ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası

1/8 final, cavab oyunları

21:45. "Barselona" (İspaniya) - "Nyukasl" (İngiltərə)

İlk oyun - 1:1

00:00. "Liverpul" (İngiltərə) - "Qalatasaray" (Türkiyə)

İlk oyun - 0:1

00:00. "Bavariya" (Almaniya) - "Atalanta" (İtaliya)

İlk oyun - 6:1

00:00. "Tottenhem" (İngiltərə) - "Atletiko" (İspaniya)

İlk oyun - 2:5

Qeyd edək ki, ötən gün baş tutan matçlardan sonra PSJ (Fransa), "Real" (İspaniya), "Arsenal" (İngiltərə) və "Sportinq" (Portuqaliya) 1/4 finala vəsiqəni təmin ediblər.