Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bu verilişlərin yayımı dayandırıldı - SİYAHI
sosial

Bu verilişlərin yayımı dayandırıldı - SİYAHI

18-03-2026 00:00 24 Baxış
IMG

"Azad Azərbaycan" (ATV) telekanalında yayımı dayandırılan iki verilişin adı məlum olub.

 

Tvit.az oxu.az-a istinadən xəbər verir ki, "Bizimləsən" və "Rəngarəng" proqramları efirdən çıxarılıb.

 

Kanalın mətbuat xidmətindən bildirilib ki, məlumat doğrudur: "Qərar kanal rəhbərliyi tərəfindən qəbul edilib".

 

Eyni zamanda, ARB telekanalında kadr və proqram dəyişiklikləri ilə bağlı qərar qəbul edilib.

 

Belə ki, sabahdan etibarən tanınmış aparıcılar Xoşqədəm Hidayətqızı və Zaur Kamalın müəllifi olduqları verilişlərin yayımı dayandırılır.

 

Qeyd edək ki, sözügedən aparıcıların verilişlərinin efirdən yığışdırılması ilə bağlı məlumatlar bir müddətdir özəl mənbələr tərəfindən iddia olunurdu.

 

ARB telekanalının mətbuat xidməti məlumatı təsdiqləyib.