Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
sosial

Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb

17-03-2026 19:00 27 Baxış
IMG

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, həmçinin Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı və Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb.

 

Bu barədə "Tvit.az"a Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyindən məlumat verilib.

 

Uzun illərdən sonra doğma yurdlarına qayıdan Ağdam sakinləri martın 17-də rəsmi şəxslər və ictimaiyyət nümayəndələrinin də qatıldığı bu bayram tədbirində böyük qürur hissi ilə iştirak ediblər.

 

Yarmarkada bölgəyə xas olan Qarabağ kətəsi, müxtəlif şirniyyatlar və yerli sakinlərin əl işləri sərgilənib. Eyni zamanda proqram çərçivəsində musiqili çıxışlar, xalq oyunları və Novruz ənənələrini əks etdirən səhnəciklər nümayiş olunub. Axşam saatlarında isə Novruz tonqalı qalanıb.

 

Qeyd edək ki, bu tarixi anlar 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində düşmənin ağır məğlubiyyətə uğrayaraq təslim olması və 10 noyabr üçtərəfli bəyanatına uyğun olaraq 20 noyabr 2020-ci il tarixində erməni silahlı birləşmələrinin ərazini tərk etməsi nəticəsində mümkün olub.

 

Beləliklə, 32 ildən sonra Qarabağın döyünən ürəyi olan Ağdam öz azadlığına qovuşub və sakinlər uzun illərdən sonra baharı ilk dəfə öz evlərində qarşılayıb. Qeyd edək ki, bu şənliklər martın 21-dək davam edəcək.