Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ digər Instagram paylaşımlara link əlavə etmək funksiyasını sınaqdan keçirir
digər

Instagram paylaşımlara link əlavə etmək funksiyasını sınaqdan keçirir

13-03-2026 21:00 27 Baxış
IMG

Instagram istifadəçilərin paylaşımlarına birbaşa link əlavə etməyə imkan verən yeni funksiyanı sınaqdan keçirir. 

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, uzun müddətdir kontent yaradıcılarının tələb etdiyi bu xüsusiyyət sayəsində istifadəçilər artıq postların təsvir hissəsində link yerləşdirə biləcəklər.

 

Məlumata görə, funksiya ilk olaraq Meta Verified abunəçiləri, yəni təsdiqlənmiş istifadəçilər üçün əlçatan olacaq.

 

Bununla belə, linklərin istifadəsinə müəyyən məhdudiyyətlər tətbiq ediləcək. Belə ki, istifadəçilər ay ərzində paylaşımlarına maksimum 10 link əlavə edə biləcəklər.

 

Qeyd edək ki, Instagram bu yeniliklə platformada kontent yaradıcıları və bizneslər üçün trafik yönləndirmə imkanlarını genişləndirməyi hədəfləyir.

 

Aysel Şirinova