Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bu avtobusun yolu dəyişdirilir
sosial

Bu avtobusun yolu dəyişdirilir

13-03-2026 18:00 28 Baxış
IMG

Sabahdan 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir.

 

Bu barədə "Tvit.az"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

 

"Biləcəri qəsəbəsindən Təbriz küçəsi istiqamətində fəaliyyət göstərən 83 nömrəli müntəzəm marşrutun hərəkət sxeminin dəyişdirilməsi ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə daxil olan müraciətlər nəzərə alınaraq marşrutun Biləcəri qəsəbəsi Məmməd Səid Ordubadi və Asəf Zeynallı küçələrinin kəsişməsində yerləşən dairəyədək uzadılması məqsədəuyğun hesab edilib", - məlumatda qeyd olunub.