Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Süni intellektlə qadınları şantaj etməkdə şübhəli bilinən şəxs həbs olunub
hadisə

Süni intellektlə qadınları şantaj etməkdə şübhəli bilinən şəxs həbs olunub

13-03-2026 15:00 20 Baxış
IMG

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) vətəndaşların foto və videolarını təhqiramiz formada montaj edərək sosial şəbəkələrdə paylaşan və onların silinməsi müqabilində pul tələb edən daha bir nəfəri saxlayıb.

 

Bu barədə Tvit.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Müəyyən olunub ki, əməli törətməkdə şübhəli bilinən 21 yaşlı M. Atakişiyev "TikTok", "Instagram" və "Telegram" sosial şəbəkələrindən qadınların foto və video görüntülərini əldə edib.

 

Daha sonra həmin görüntüləri süni intellekt proqramları vasitəsilə montaj edib, üzərinə təhqiramiz yazılar əlavə edərək saxta hesablar vasitəsilə yenidən sosial şəbəkələrdə paylaşıb. O, foto və video görüntülərin daha geniş yayılmaması, həmçinin silinməsi müqabilində zərərçəkən qadınlardan müxtəlif məbləğlərdə pul tələb edib.

 

Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. M. Atakişiyevə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham elan olunub və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.