Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bir nəfər 96 bal toplayıb - Magistraturaya qəbulun nəticələri açıqlandı
sosial

Bir nəfər 96 bal toplayıb - Magistraturaya qəbulun nəticələri açıqlandı

12-03-2026 15:00 26 Baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına fevralın 15-də keçirilmiş qəbul imtahanının (I cəhd) yekun nəticələrini elan edib.

 

"Tvit.az" xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

 

Bildirilib ki, imtahanda bir nəfər 96 bal toplamaqla iştirakçılar arasında ən yüksək nəticəni göstərib.

 

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən martın 17-dən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.

 

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər martın 13-də saat 10:00-dan martın 15-i saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

 

Qeyd edək ki, magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aprelin 1-14-də aparılacaq. İmtahan isə mayın 17-də keçiriləcək.