Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Finlandiya Prezidenti İlham Əliyevə zəng etdi
siyasət

Finlandiya Prezidenti İlham Əliyevə zəng etdi

10-03-2026 19:00 17 Baxış
IMG

Martın 10-da Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Tvit.az" xəbər verir ki, Aleksandr Stubb İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumu ilə əlaqədar ölkəmizə dəstəyini ifadə edib.

Azərbaycan Prezidenti telefon zənginə və göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Prezident İlham Əliyevlə Prezident Aleksandr Stubbun görüşləri və həmin görüşlər zamanı ikitərəfli əlaqələrimizin inkişafı ilə bağlı aparılmış müzakirələr məmnunluqla xatırlanıb.

Azərbaycan və Finlandiya prezidentləri əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.