Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Hava kəskin dəyişəcək
sosial

Hava kəskin dəyişəcək

06-03-2026 18:00 42 Baxış
IMG

Şimaldan soyuq hava kütləsinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti kəskin dəyişəcək.

 

Bu barədə "Tvit.az"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

 

"Martın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz saatlarında arabir yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın maksimal temperaturunun 6-10 dərəcə isti olacağı gözlənilir. Bölgələrdə də martın 7-si qərb rayonlarından başlayaraq 9-u gündüzədək hava şəraiti qeyri-sabit keçəcək. Bəzi yerlərdə arabir yağıntılı olacaq. Dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, çaylarda sululuğun artacağı, Lənkəran-Astara zonasının bəzi çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək", - deyə G.Məmmədova qeyd edib