Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
sosial

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

06-03-2026 15:00 49 Baxış
IMG

Milli Hidrometeorologiya Xidməti martın 7-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

 

Xidmətdən Tvit.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Neftçala, Salyan, Kəlbəcər, Laçın, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Göygöl, Samux, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Yevlax, Tərtər, Bərdə və Mingəçevir, Şirvan, Lerik, Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.