Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Ceyhun Bayramov: "İranın Naxçıvana PUA hücumu ciddi narahatlıq doğurur"
sosial

Ceyhun Bayramov: "İranın Naxçıvana PUA hücumu ciddi narahatlıq doğurur"

06-03-2026 12:00 44 Baxış
IMG

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Moldovanın baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi arasında geniştərkibli görüş keçirilib.

 

Tvit.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi "X" hesabında məlumat yayıb.


Nazirlər ikitərəfli siyasi dialoqun davam etdirilməsi və genişləndirilməsi yollarını, iqtisadiyyat, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsini, həmçinin Birləşmiş Millətlər Təşkilatı və ATƏT də daxil olmaqla beynəlxalq təşkilatlar çərçivəsində birgə səylərin əlaqələndirilməsini müzakirə ediblər.

 

Nazirlər həmçinin Yaxın Şərqdə yaranmış dəyişkən və gərgin təhlükəsizlik vəziyyətinə də toxunublar.

 

Azərbaycan XİN rəhbəri 2026-cı il martın 5-də İran tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə həyata keçirilən pilotsuz uçuş aparatları hücumları ilə bağlı ciddi narahatlığımızı ifadə edib. Bu hücumlar nəticəsində hava limanı və məktəb də daxil olmaqla mülki infrastruktur zərər görüb və mülki şəxslər yaralanıb.

 

Ceyhun Bayramov, həmçinin moldovalı həmkarını Azərbaycanla Ermənistan arasında davam edən normallaşma və sülh prosesi barədə məlumatlandırıb.