X-i əldə etdikdən sonra platformanı əhəmiyyətli dərəcədə dəyişdirən Elon Musk, sosial media tətbiqini tək platformada birdən çox xidmət təklif edən "hamısı birdə tətbiqə" çevirmək istəyini tez-tez bildirib. İndi isə bu məqsədə çatmaq üçün daha bir addım atılıb.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki,irkət iOS sistemində X Chat adlı yeni mesajlaşma tətbiqini sınaqdan keçirməyə başlayıb.
Bu tətbiq X sistemindəki mövcud DM sistemindən ayrı işləyəcək və istifadəçilərə platformadan asılı olmayan mesajlaşma təcrübəsinə sahib olmağa imkan verəcək.
Aysel Şirinova