Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ digər İsrail hava məkanını açmağa hazırlaşır
digər

İsrail hava məkanını açmağa hazırlaşır

03-03-2026 20:00 30 Baxış
IMG

İsrail xaricdə qalan israilliləri geri uçuşlara başlamaq üçün çərşənbə axşamından cümə axşamına keçən gecə ölkənin hava məkanını tədricən açmağa hazırlaşır.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, yeni plana əsasən, Təl-Əvivin Ben Qurion hava limanı günün 24 saatı fəaliyyət göstərəcək və nəzarətli şəkildə açılacaq.

 

Birinci mərhələdə saatda bir sərnişin təyyarəsinin girişi təsdiqlənəcək. İkinci mərhələdə isə təhlükəsizlik və istismar şərtlərinə əsasən hər saatda iki və ya bir geniş gövdəli təyyarənin girişi təmin ediləcək. Çərçivə hələ də yekun təsdiqlərdən keçir.

 

Qeyd edək ki, ABŞ və İsrailin İrana birgə hücumu başlayandan bəri İsrail səması bağlıdır.

 

Aysel Şirinova