Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial İlham Əliyev: "Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır"
sosial

İlham Əliyev: "Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır"

03-03-2026 14:00 13 Baxış
IMG

"Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu da oynayır".

 

Tvit.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı söyləyib.

 

Dövlətimizin başçısı vurğulayıb: "Biz Qazaxıstan, Türkmənistan üçün neftin mühüm tranzitini təmin edirik və bizim sistemimiz vasitəsilə nəql olunan neftin həcmi ildən-ilə artır. Biz Xəzərin şərq sahillərindən daha çox neft qəbul etmək iqtidarındayıq və bunun üçün infrastruktura malikik".