Braziliyanın "Flamenqo" klubu "Madureyra" üzərində 8:0 hesablı qələbədən sonra komandanın baş məşqçisi Filipe Luisi istefaya göndərib.
Tvit.az "Globo" nəşrinə istinadla xəbər verir ki, mütəxəssisin vəzifəsindən azad edilməsi barədə qərar oyunun start fitindən hələ əvvəl qəbul edilibmiş.
Buna əsas səbəb kimi 2026-cı ilin əvvəlində Braziliya Superkuboku və Cənubi Amerika Kubokunun finallarındakı məğlubiyyətlər göstərilib. Mütəxəssisin ayda təxminən 2 milyon real (685 min manat) maaş alması da yeni kubokların olmadığı bir vaxtda büdcəyə təzyiq göstərən amil kimi qeyd olunub.
"Flamenqo" martın 2-dən 3-nə keçən gecə Karioka Liqasının yarımfinal mərhələsində rəqibi "Madureyra"nı darmadağın edib.
Qeyd edək ki, Filipe Luis 2024-cü ildən etibarən komandada fəaliyyət göstərirdi və o, həmçinin peşəkar karyerası ərzində bu klubun şərəfini qoruyub.