Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzdu
idman

Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzdu

02-03-2026 22:00 19 Baxış
IMG

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

"Tvit.az" xəbər verir ki, A qrupunda yer alan yığma doğma meydanda Şimali Makedoniya kollektivini qəbul edib. Bakı İdman Sarayında keçirilən qarşılaşma rəqibin 78:70 hesablı qələbəsi ilə bitib.

Bu komandalar arasında ilk görüş rəqibin 87:49 hesablı üstünlüyü ilə yekunlaşıb. Bundan başqa, Azərbaycan millisi əvvəlki matçlarda Lüksemburqa (90:95) məğlub olub, İrlandiyaya (76:75) isə qalib gəlib.