Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bakı-Şamaxı-Yevlax yolunun bəzi hissələri BUZ BAĞLADI: Qəza baş verdi
sosial

Bakı-Şamaxı-Yevlax yolunun bəzi hissələri BUZ BAĞLADI: Qəza baş verdi

02-03-2026 12:00 23 Baxış
IMG

Bakı-Şamaxı-Yevlax yolunun bəzi hissələri buz bağlayıb.

 

Tvit.az APA-ya istinadən xəbər verir ki, gecə saatlarında yağan qar və temperaturun dəyişməsi magistral yolda fəsadlar yaradıb. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bəzi hissələri buz bağlayıb. Buzlaşma daha çox Qobustan rayonu ərazisindən keçən hissədə müşahidə olunur.


Yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) dörd nömrəli Magistral Yolların İstismarı MMC-nin canlı qüvvəsi və xüsusi təyinatlı texnikaları əraziyə cəlb edilib. Yolun təhlükəli sayılan döngəli və enişli-yoxuşlu hissələrinə duz-qum qarışığı səpilib.

 

Sürüşmə səbəbindən yolun Şamaxıdan keçən hissəsində iki minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb, xəsarət alan olmayıb.

 

Hazırda magistralın Qobustan, Şamaxı və Ağsu dolaylarından keçən hissələrində, həmçinin Muğanlı-İsmayıllı yolunda nəqliyyatın hərəkətində məhdudiyyət yoxdur, avtomobillər hər iki istiqamətdə sərbəst hərəkət edir.