Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Azərbaycan – Şimali Makedoniya matçının hakim təyinatları məlum olub
idman

Azərbaycan – Şimali Makedoniya matçının hakim təyinatları məlum olub

02-03-2026 11:00 15 Baxış
IMG

Qadın futbolçulardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Şimali Makedoniya oyununun hakim təyinatları açıqlanıb.

 

Tvit.az xəbər verir ki, C Liqasının 3-cü qrupu çərçivəsində martın 3-də baş tutacaq qarşılaşmanı Polşadan olan hakimlər briqadası idarə edəcək.

 

"Dalğa Arena"da, saat 15:00-da start götürəcək oyunda baş hakim Anna Adamska olacaq.

 

Ona Yuliya Bukaroviç və Angelika Novak kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Mixalina Dyakov yerinə yetirəcək.