Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Əbu-Dabidən Bakıya uçan təyyarə geri qayıdır
sosial

Əbu-Dabidən Bakıya uçan təyyarə geri qayıdır

28-02-2026 13:00 15 Baxış
IMG

"Air Arabia Abu Dhabi" aviaşirkətinə məxsus Əbu-Dabi–Bakı marşrutu üzrə həyata keçirilən ADY 730 nömrəli reys hava məkanının bağlanması ilə əlaqədar olaraq hava gəmisinin kapitanı tərəfindən geri dönmə qərarı qəbul edilib.

"Tvit.az" xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.

Qərara əsasən, reys marşrut üzrə hərəkətini dayandıraraq bazası olan Əbu-Dabi Beynəlxalq Aeroportuna geri qayıdır.

Qərar uçuş təhlükəsizliyinin prioritetliyi prinsipi əsas götürülərək qəbul olunub.