Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Efiopiya baş naziri Əliyevə Azərbaycan dilində təşəkkür etdi
sosial

Efiopiya baş naziri Əliyevə Azərbaycan dilində təşəkkür etdi

27-02-2026 19:00 17 Baxış
IMG

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Azərbaycan dilində müraciət yayımlayaraq, səmimi qəbula görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.

 

Tvit.az xəbər verir ki, Efiopiya lideri bu barədə X sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

 

Paylaşımda Efiopiya hökumətinin rəhbəri rəsmi səfər çərçivəsində baş tutmuş əsas danışıqların videokadrlarını yerləşdirib və Azərbaycan dilində bu sözləri yazıb:

 

"Səmimi və səxavətli qonaqpərvərliyinizə görə təşəkkür edirəm".

 

Paylaşımda həmçinin Azərbaycan Prezidenti İlham Əliyev də qeyd olunub.