Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial XİN rəsmisi: "Viza rejiminin ləğv olunması ilə bağlı onlarla ölkə ilə danışıqlar aparılır"
sosial

XİN rəsmisi: "Viza rejiminin ləğv olunması ilə bağlı onlarla ölkə ilə danışıqlar aparılır"

27-02-2026 17:00 15 Baxış
IMG

Azərbaycan viza rejimin ləğv olunması ilə bağlı onlarla ölkə ilə danışıqlar aparır.

Tvit.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin rəisi Emil Səfərov Milli Məclisdə keçirilən "Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai dinləmədə bildirib.

Onun sözlərinə görə, danışıqlar yalnız dost ölkələrlə həyata keçirilir, ölkənin həm daxili, həm xarici siyasət maraqları nəzərə alınır.

"​Eyni zamanda bu fəaliyyətin həyata keçirilməsi zamanı bizim milli təhlükəsizlik və miqrasiya maraqlarımız nəzərə alınmalıdır. Bildiyiniz kimi, Azərbaycan bir neçə növ sadələşdirilmiş viza rejimi tətbiq edir. Vizasız rejim də var, sadələşdirilmiş viza rejimi də var. Bu həm "ASAN Viza"dır, həm beynəlxalq tədbirlər zamanı tətbiq olunan xüsusi vizadır. Məsələn, COP29 zamanı tətbiq olunan sadələşdirilmiş viza rejimi nəticəsində 36 mindən çox adam sadələşdirilmiş viza alaraq Azərbaycana səfər edib, o tədbirdə iştirak edib", - deyə XİN rəsmisi qeyd edib.

Bundan başqa, o xatırladıb ki, Dövlət Turizm Agentliyinin verdiyi təkliflər əsasında birtərəfli viza rejiminin ləğv olunması ilə bağlı layihə həyata keçirilib və fevralın 15-dən 4 ölkə ilə müddətli birtərəfli vizasız rejim tətbiq olunur: "Bunlar, əsasən ərəb ölkələridir. Bu layihənin davam etdirilməsi nəzərdə tutulur və qısa müddətdə siyahıya yeni ölkələr əlavə olunacaq, iş davam etdirilir. ​Əsas məqsəd Azərbaycana dost və strateji tərəfdaş olan ölkələrlə münasibətdə bu rejimin tətbiq olunması, oradan rmiqrasiya riski olmayan turistlərin kütləvi şəkildə ölkədə gəlməsidir". (Report)