Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azərbaycan-İran sərhədində silahlı insident - FOTOLAR
sosial

Azərbaycan-İran sərhədində silahlı insident - FOTOLAR

27-02-2026 13:00 15 Baxış
IMG

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə 4 nəfər naməlum şəxs tərəfindən dövlət sərhədinin pozulmasına cəhd göstərilib.


Bu barədə Tvit.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, sərhəd zastavası dərhal "Silaha" komandası üzrə qaldırılmış, dövlət sərhədinin pozulmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülmüşdür.

Sərhəd naryadı tərəfindən "Dayan" əmri verilərək sərhəd pozucuları təqib edilmiş, havaya xəbərdarlıq atəşi açılmışdır. Lakin əmrə tabe olmayan sərhəd pozucuları silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açmış, üzərilərindəki bağlamaları atmış havanın qaranlıq, ərazinin meşəlik olmasından istifadə edərək geriyə qaçmışlar.

Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə sərhəd pozucularına məxsus 3 (üç) ədəd bağlamada ümumi çəkisi 33 kiloqram 900 qram narkotik vasitə və digər maddi sübutlar aşkar olunaraq götürülmüşdür.

Baş vermiş hadisə barədə müqabil tərəf sərhəd nümayəndəliyi xətti ilə məlumatlandırılmışdır.

Fakt üzrə əməliyyat-istintaq və axtarış tədbirləri davam etdirilir.

 

Azərbaycan-İran sərhədində silahlı insident - FOTOLAR

Azərbaycan-İran sərhədində silahlı insident - FOTOLAR