Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial AMEA-nın Rəyasət Heyəti ləğv edilir? (SİYAHI)
sosial

AMEA-nın Rəyasət Heyəti ləğv edilir? (SİYAHI)

27-02-2026 11:00 15 Baxış
IMG
Azərbaycan Milli Elmlər Akademiyası-nın rəhbərliyi, o cümlədən Rəyasət Heyəti ləğv edilə bilər. 
 
Tvit.az-ın verdiyi xəbərə görə, bu barədə Sfera.az saytı öz mənbələrinə istinadla məlumat yayıb.
 
İddialara əsasən, qurumun idarəetmə strukturu yenidən formalaşdırılacaq və elmi fəaliyyətin əsasən universitetlərə inteqrasiyası hədəflənir.
 
Məlumata görə, yeni modeldə ali təhsil müəssisələrinin yalnız tədris yox, həm də fundamental və tətbiqi tədqiqat mərkəzinə çevrilməsi planlaşdırılır. Struktur islahatları çərçivəsində idarəetmə mexanizmlərinin sadələşdirilməsi və institutların fəaliyyət modelinin yenilənməsi nəzərdə tutulur.
 
 
Qərarın yaxın vaxtlarda rəsmi açıqlanacağı gözlənilir.
 
Qaynarinfo xatırladır ki, Azərbaycan Milli Elmlər Akademiyası-nın Rəyasət Heyəti Akademiyanın ali kollegial idarəetmə orqanıdır. Bu orqan AMEA-nın 
Prezidenti, Birinci vitse-prezidenti, Vitse-prezidentləri, Akademik-katibləri, Bölmə rəhbərləri və seçilmiş həqiqi üzvləri əsasında formalaşır.
 
Rəyasət Heyəti Akademiyanın strateji qərarlarını qəbul edir, struktur dəyişikliklərini təsdiqləyir və elmi siyasətin icrasına nəzarət edir.
 
Onların aktual siyahısını təqdim edirik: 
 
Ad və soyadVəzifə
1İsa Əkbər oğlu HəbibbəyliPrezident
2Arif Məmməd oğlu HəşimovBirinci vitse-prezident, akademik-katib
3Dilqəm Babir oğlu TağıyevVitse-prezident
4İbrahim Səid oğlu QuliyevVitse-prezident
5Rasim Mahmud oğlu ƏliquliyevVitse-prezident
6Töfiq Murtuza oğlu NağıyevVitse-prezident
7Nərgiz Arif qızı PaşayevaRəyasət Heyətinin üzvü
8İrada Məmməd qızı HüseynovaRəyasət Heyətinin üzvü
9Camil Əziz oğlu ƏliyevRəyasət Heyətinin üzvü
10Gövhər Baxşəli qızı BaxşəliyevaRəyasət Heyətinin üzvü
11İsmayıl Muxtar oğlu HacıyevAMEA Naxçıvan Bölməsinin rəhbəri, Rəyasət Heyətinin üzvü
12Fuad Yusif oğlu ƏliyevAMEA Gəncə Bölməsinin rəhbəri, Rəyasət Heyətinin üzvü
  27.02.2026