Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Azərbaycan millisi yoxlama matçında Moldovaya qalib gəldi
idman

Azərbaycan millisi yoxlama matçında Moldovaya qalib gəldi

25-02-2026 18:00 21 Baxış
IMG

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası Moldovada baş tutan ilk yoldaşlıq görüşünü qələbə ilə tamamlayıb.

 

Tvit.az-ın məlumatına görə, 19 yaşadək futbolçularımız təlim-məşq toplanışı zamanı Moldovanın eyni yaş qrupuna aid komandası ilə qarşılaşıb. 

Vadul-lui-Voda şəhərində Texniki Mərkəzdə təşkil olunan matç millimizin 2:1 hesablı zəfəri ilə yekunlaşıb.

 

Yığmamızın heyətində qolları oyunun 61-ci dəqiqəsində Nicat Nərimanov, 82-ci dəqiqəsində isə İbrahim Babayev vurublar.

 

Xatırladaq ki, tərəflər arasındakı növbəti yoldaşlıq qarşılaşmasının fevralın 27-də keçirilməsi planlaşdırılır.