UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl" (İngiltərə) və "Qarabağ" komandaları arasında keçirilən cavab oyunu başa çatıb.
"Tvit.az" xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda təşkil olunan görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisinin heyətində Kamilo Duran və Elvin Cəfərquliyev fərqləniblər.
İki oyunun nəticəsinə əsasən 9:3 hesabı ilə qalib gələn "Nyukasl" adını 1/8 finala yazdırıb.
*** 01:12
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçında hesab yenidən dəyişib.
"Tvit.az" xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda keçirilən matçda Ağdam təmsilçisi meydan sahiblərinin qapısından ikinci qolu keçirib - 3:2.
57-ci dəqiqədə əllə oyuna görə təyin olunan penaltini Marko Yankoviç yerinə yetirib. Rəqib qapıçı ilk zərbəni geri qaytarsa da, geri dönən topu Elvin Cəfərquliyev qolla tamamlayıb.
*** 01:08
"Nyukasl"ın cavab qolu gecikmədi.
"Tvit.az" xəbər verir ki, hesab 3:1 rəqib komandanın xeyrinədir.
*** 01:06
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçında ikinci hissədə komandamız hesabı açıb.
"Tvit.az" xəbər verir ki, Kamilo Duran 51-ci dəqiqədə fərqi minimuma endirir: 2:1
***01:02
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçında ikinci hissə başlayıb.
"Tvit.az" xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda keçirilən matçda ev sahiblərinin 2:0 hesablı üstünlüyü davam edir.
Görüşü italiyalı FIFA referisi Davide Massa idarə edir.
XXX
00:47
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçında ilk hissə başa çatıb.
"Tvit.az" xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda keçirilən matçda ev sahibləri fasiləyə 2:0 hesbaı ilə üstün yollanıblar.
Görüşü italiyalı FIFA referisi Davide Massa idarə edir.
XXX
00:08
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçında ikinci qol vurulub.
"Tvit.az" xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda keçirilən matçda ev sahibləri hesabdakı üstünlüklərini artırıblar - 2:0.
Joelinton 6-cı dəqiqədə tablonu hərəkətə gətirib.
XXX
00:06
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçında ilk qol vurulub.
"Tvit.az" xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda keçirilən matçda ev sahibləri hesabı açıblar.
5-ci dəqiqədə Sandro Tonali adını tabloya yazdırıb.
XXX
00:00
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçı start götürüb.
"Tvit.az" xəbər verir ki, qarşılaşma "Sent-Ceyms Park" stadionunda keçirilir.
Görüşü italiyalı FIFA referisi Davide Massa idarə edir.