İspaniyanın "Real" klubu İngiltərənin "Tottenhem" komandasında çıxış edən Mikki van de Vini heyətinə qatmaq niyyətindədir.
Tvit.az"TEAMtalk"a istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi Madrid təmsilçisində namizədlərdən biridir.
Niderlandlı oyunçu gələcəyi barədə ciddi düşünür və karyerasında titullar qazanmaq istəyir. O, bu səbəbdən klubunu dəyişməyə müsbət yanaşır.
Qeyd edək ki, 2023-cü ilin avqustundan "Tottenhem"də çıxış edən müdafiəçi cari mövsüm 33 matçda meydanda olub, 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.