Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Havanın temperaturu bu tarixdə 8 dərəcə qalxacaq
sosial

Havanın temperaturu bu tarixdə 8 dərəcə qalxacaq

04-02-2026 21:00 13 Baxış
IMG

Hazırda Azərbaycanın bir sıra rayonlarına yağış və qar yağır.

 

Tvit.az xəbər verir ki, Bakı və Abşeron yarımadası, Şahbuz, Daşkəsən, Şabran, Şəki, Şamaxı, Qobustan, Gədəbəy, Xızı, Lerik, Altıağac, Xaltan, Şahdağ, Quba, Qusar, Qaxa (Sarıbaş) qar, İmişli, Göyçay, Oğuz, Qəbələ, İsmayıllı, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Zaqatala, Balakən, Beyləqana isə yağış yağır.

 

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Neftçalada 20, Tovuzda 17, Culfada 15 m/s-yə çatır.

 

Bu gecə bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-4 dərəcə isti olacaq.

 

Sabahdan etibarən isə yağıntılar tədricən kəsiləcək.

 

6 fevraldan başlayaraq havanın temperaturunun tədricən qalxacağı gözlənilir. 9 fevrala qədər temperaturun 6-8 dərəcə yüksələcəyi proqnozlaşdırılır.